İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu plakatla məşhurlaşan jurnalist Rusiyadan necə qaçıb?

Marina Ovsyannikova bildirib ki, ev dustaqlığından qaçmaq üçün cümədən şənbə gününə keçən gecəni seçib, çünki…

"Zaman" ("Vremya") verilişinin axşam efirində Ukrayna ərazisindəki hərbi əməliyyatlar və yalan təbliğatlara etiraz olaraq plakat açandan sonra bütün dünyada məşhurlaşmış Marina Ovsyannikova Rusiyada ev dustaqlığından qaçaraq Fransaya sığınıb. Yada salaq ki, onu studiyada həbs etsələr də, 30 min rubl cərimə edildikdən sonra azad edilmişdi. Sonra ölkəni tərk edən jurnalist ötən ilin iyulunda yenə Moskvaya qayıtmış, bu dəfə də ordu ilə bağlı yalan məlumat yaymaq ittihamı ilə üzləşmişdi.

İttihama səbəb onun iyulun 15-də Moskvada Sofiyskaya sahilində keçirdiyi təkadamlıq aksiya olmuşdu. Ovsyannikova müharibə əleyhinə plakatla bu dəfə "352 uşaq ölüb. Dayanmaq üçün daha neçə uşaq öldürmək lazımdır?" yazıbmış. Moskvanın Basmannı məhkəməsində avqustun 10-da keçirilən məhkəmədə Marina Ovsyannikovaya qarşı Rusiya Silahlı Qüvvələri haqqında yalan məlumat yaymaq ittihamı irəli sürmüşdü. Amma həm də beynəlxalq reaksiyadan çəkinərək, azyaşlı qızının olması səbəbindən oktyabrın 9-dək ev dustaqlığı edilməsi barədə qərar vermişdi. Ovsyannikova Rusiya Federasiyası Cinayət Məcəlləsinin 207.3-cü maddəsi ilə ittiham olunurdu. Onu 10 ilədək həbs cəzası gözləyirdi.

bea7e2d6758131da843cb6ebecce82e5.jpg (40 KB)

Marina Ovsyannikova Parisdə keçirdiyi mətbuat konfransında ev dustaqlığından necə qaçdığı haqda da danışıb. Ovsyannikovanın sözlərinə görə, əvvəl ölkəni tərk etmək istəməyib, lakin vəkilləri onun üçün real həbs təhlükəsi olduğunu dedikdən sonra belə bir qərar verib. Ovsyannikova bildirib ki, o, ev dustaqlığından qaçmaq üçün cümədən şənbə gününə keçən gecəni seçib. “Çünki həmin gün Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları bağlarında dincəlirlər” deyə, o izah edib.

“Yeddi maşını dəyişdik” deyən Ovsyannikova Rusiya Federasiyasının sərhədini tam olaraq harada və necə keçdiyini açıqlamayıb.
Ovsyannikova deyib ki, ona kömək edən insanlara problem yaratmamaq üçün qaçmasının təfərrüatlarını açıqlamar. Öz növbəsində mətbuat konfransının aparıcısı, “Sərhədsiz Reportyorlar” Təşkilatının baş katibi Kristof Deluar əmin edib ki, qaçış “heç bir xüsusi xidmət tərəfindən təşkil olunmayıb”.

Qeyd edək ki, Ovsyannikova keçmiş əri ilə uşaqların qəyyumluğu məsələsi ilə bağlı məhkəməsi də olub. Böyük oğul atasının yanında qalıb, lakin Ovsyannikova qızının qəyyumluğu üçün məhkəməyə müraciət edib. Rusiya məhkəməsi “Birinci kanal”ın keçmiş xanım redaktorunun 17 yaşlı oğlu və 11 yaşlı qızının ataları ilə birlikdə yaşaması barədə qərar çıxarıb. Ötən ilin oktyabrında isə o, qızı ilə birlikdə ev dustaqlığından qaçıb.

Qeyd edək ki, hələ ilk aksiyasından sonar Fransa prezidenti Marina Ovsyannikovaya Fransadan sığınacaq verməyə hazır olduğunu demişdi.

 

Orxan ƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR