Onlayn ictimai-siyasi qəzet
Hindistan, İraq və Misir vətəndaşları üçün Ermənistan ərazisinə giriş prosedurları sərtləşdiriləcək.
Bu barədə erməni mətbuatı məlumat yayıb.
Qərar Ermənistan hökumətinin bugünkü iclasında qəbul edilib və bir aydan sonra qüvvəyə minəcək.
"Bu ölkələrin vətəndaşlarının ABŞ, Avstraliya, Yeni Zelandiya, Koreya, Böyük Britaniya və Şimali İrlandiya, Kanada, Rusiya, Yaponiyada müvəqqəti və ya daimi yaşayış statusu olduqda elektron viza verməyə dəvət olunurlar. Avropa Birliyi, Şengen ölkələri və Fars körfəzinin ərəb dövlətlərinin Şura ölkələrinin vətəndaşlarına da geri dönüş aviabileti olduqda viza veriləcək", - qərarın əsaslandırmasında deyilir.//Milli.az
19 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ