İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkələr tərəfindən İrana qarşı tribunal yaradılması tələbi- Təyyarə olayı yenidən gündəmdə

 

Kanada, İsveç, Ukrayna və Birləşmiş Krallıq 2020-ci ildə Ukraynaya aid təyyarənin İran üzərində vurulması haqqında beynəlxalq məhkəmə tribunalının yaradılmasını tələb ediblər.

Musavat.com xəbər verir ki, bu barədə “Al Arabiya” məlumat yayıb. Məlumatda bildirilir ki, sözügedən ölkələr 176 nəfərin həlak olduğu insidentdə İran hökumətinə bağlı İslam İnqilabı Keşikçiləri Korpusunu təqsirləndirib, təyyarənin qeyri-qanuni və məqsədli şəkildə vurulduğunu iddia ediblər. Bundan əlavə, əgər İran hökuməti beynəlxalq tribunalın yaradılmasına razılaşmasa, onlar Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edəcəklər.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR