İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkədən Ukraynaya qarşı ŞOK İTTİHAM

Bolqarıstan Prezidenti Rumen Radev Ukraynanı Rusiyaya qarşı başlatdığı müharibədə “israrçı olmaqda” ittiham edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Azad Avropa” məlumat yayıb.

"Ukrayna bu müharibəni davam etdirməkdə israrlıdır, lakin bütün indi Avropa bunun əvəzini ödəyir", - deyə, Bolqarıstan prezidenti bildirib.

Bu, avropalı bir dövlət başçısının Ukraynadakı müharibə ilə bağlı yeni tezisidir. Yerli mətbuatın yazdığına görə, indiyədək Radev Bolqarıstanı “neytrallıq” mövqeyinə riayət etməyə çağırırdı.

Ukraynanın Bolqarıstandakı səfirliyi Radevin bu bəyanatına cavab verib.

Ukrayna tərəfinin sözlərinə görə, “Kiyev sülhün bərpası üçün hər cür səy göstərir, lakin müharibə aparmaqda israrlı davranan tərəf təcavüzkar ölkə (Rusiya-red.) özüdür”.

“Ukrayna sülhü bərpa etmək üçün bütün səyləri göstərir. 2014-cü ildən Ukrayna xalqı öz ərazi bütövlüyünü və dövlət suverenliyini qəhrəmancasına müdafiə edib və qoruyub saxlayıb”, - deyə, səfirliyin bəyanatında bildirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR