İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkədən Ukraynaya BÖYÜK JEST - Əlavə 325 milyon dollarlıq hərbi dəstək

ABŞ Ukraynaya 325 milyon dollar dəyərində əlavə hərbi yardım edəcək.

Musavat.com xəbər verir ki, Dövlət Departamentindən verilən açıqlamada ABŞ-ın Ukraynaya dəstəyini davam etdirəcəyi vurğulanıb və ABŞ-ın Rusiyanın hücumlarına qarşı müdafiəsini dəstəkləmək üçün 50-dən çox ölkə ilə tərəfdaşlıq etdiyi bildirilib.

ABŞ-ın Ukraynaya 325 milyon dollar dəyərində əlavə hərbi Yardım edəcəyini açıqlayan açıqlamada,

Bildirilib ki, ABŞ Ukraynaya 325 milyon dollar dəyərində əlavə hərbi yardım edəcək və sözügedən hərbi yardım ABŞ Müdafiə Nazirliyinin inventarından qarşılanacaq. Bunun inventardan qarşılanan 40-cı yardım paketi olduğu qeyd olunub.

Rəsmi məlumata görə, yardım paketinə kritik hava hücumundan müdafiə sistemləri, HIMARS üçün əlavə döyüş sursatları, artilleriya mərmiləri, tank əleyhinə silahlar, zirehli maşınlar və döyüş meydanında Ukrayna qüvvələrinin gücləndirilməsi üçün lazım olan digər avadanlıqlar daxildir.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR