İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkədə terror şoku - 44 nəfər həlak oldu - VİDEO

Burkina-Fasonun şimalında törədilən terror aktı nəticəsində 44 nəfər həlak olub.

Musavat.com xəbər verir ki, yerli mətbuatın məlumatına görə, naməlum silahlı şəxslər ölkənin Sahel bölgəsindəki Kourakou və Tondobi kəndlərinə hücum ediblər.

Hadisədə 44 nəfər həyatını itirərkən, hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Qeyd edək ki, qonşu Malidəki Əl-Qaidə və İŞİD-ə bağlı terror qrupları 2015-ci ildən bəri Burkina Fasonun şimal və şərqində tez-tez hücumlar həyata keçirir.

Hökumətin məlumatlarına görə, 2015-ci ildən 2021-ci ilin dekabrına qədər 600 nəfəri təhlükəsizlik qüvvələrinin mənsubu olmaqla  2000 insan həyatını itirib, 2 milyon insan isə evlərini tərk edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR