İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkədə rus dilinin tədrisi qadağan ediləcək

2026-2027-ci tədris ilindən etibarən Latviyanın Təhsil və Elm Nazirliyi bütün məktəblərdə Avropa İttifaqına (Aİ) üzv ölkələrdən yalnız birinin dilini ikinci xarici dil kimi tədrisini tətbiq edəcək.

Redaktor.az xəbər verir ki, "Delfi" portalının məlumatına görə, rus dili Aİ-nin rəsmi dili olmadığından və müvafiq beynəlxalq müqavilələrdə əks olunmadığından, ikinci xarici dil kimi artıq məktəblərdə tədris olunmayacaq.

Təhsil Nazirliyi hesab edir ki, bu cür dəyişikliklər gənclərin Avropanın təhsil məkanına tam cəlb olunmasına, Aİ-nin rəsmi dillərinin öyrənilməsinə kömək edəcək.

Bu qərar latviyall gənclərə həm Aİ, həm də ondan kənarda daha çox iş imkanları yaradacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR