İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkədə meyvə oğurluğu başladı

İspaniyada meyvə-tərəvəzin rekord qiymət artımı fonunda tarlalardan kütləvi oğurluq halları başlayıb.

Musavat.com xəbər verir ki, bu barədə “Business Insider” saytı məlumat yayıb.

Saytın xəbərinə görə, tərəvəz və meyvələrin qiymətləri rekord dərəcədə yüksək olduğundan onlar birbaşa tarlalardan oğurlanmağa başlayıb. Oğurluqlar sənaye miqyasında - eyni anda tonlarla həcmdə baş verir. Bu səbəbdən fermerlər gecələr torpaqlarında patrul kimi gəzməyə məcbur olurlar.

“Business Insider”in məlumatına görə, cəmi bir neçə gün ərzində Əndəlusun Huelva bölgəsində çoxu çiyələk olmaqla 3 tondan çox meyvə oğurlanıb. Bununla belə, fermerlərin sözlərinə görə, real itkilər əslində daha çox ola bilər.

İspaniya Kiçik Fermerlər İttifaqının baş katibi Manuel Piedranın sözlərinə görə, meyvə və tərəvəzlərin oğurlanması ilə yanaşı, tinglərin tapdalanıb əzilməsi, suvarma sistemlərin sıradan çıxarılması kimi ciddi infrastruktur itkilərindən danışmaq mümkündür.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR