İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkədə məmurlarla bağlı MARAQLI QƏRAR - Bundan sonra...

Qazaxıstan hökuməti 2029-cu ilə qədər dövlət dilinin inkişafı konsepsiyasını təsdiqləyib. Buna əsasən, ayrı-ayrı məmurlardan qazax dilini bilməsi tələb olunacaq.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, Qazaxıstan Nazirlər Kabinetinin müvafiq qərarı respublika Ədliyyə Nazirliyinin hüquqi informasiya portalında dərc edilib.

"Konsepsiyanın həyata keçirilməsi zamanı ayrı-ayrı siyasi məmurların qazax dilini bilməsinə dair tələblər hazırlanacaq", - deyə məlumatda qeyd olunur.

Sənədə əsasən, Qazaxıstanda dövlət dilində danışan əhalinin xüsusi çəkisi 2023-cü ildəki 81 faizdən 2029-cu ildə 84 faizə çatdırılacaq.

Dövlət dilini yüksək səviyyədə bilən dövlət qulluqçularının xüsusi çəkisi 2023-cü ildəki 35 faizdən altı il sonra 50 faizə çatdırılacaq.

Dövlət televiziya kanallarında qazax dilində proqramların payı 84% (2023-cü ildə 70%) olacaq.

Sənəddə vurğulanır ki, hazırda qazax dilinin statusunu müəyyən edən dil qanununa baxmayaraq, Qazaxıstanda ictimai əlaqələr ilk növbədə rus dilində aparılır.

Konstitusiyaya görə, Qazaxıstanın dövlət dili qazax dilidir. Eyni zamanda, dövlət təşkilatlarında və yerli özünüidarəetmə orqanlarında rus dili rəsmi olaraq onunla bərabər əsasda istifadə edilə bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR