Onlayn ictimai-siyasi qəzet
Cənubi Amerika ölkəsi Çilidə ölkənin 99 faizinə təsir edən elektrik kəsilməsi səbəbindən fövqəladə vəziyyət elan edilib.
Ölkə daxilində elektrik enerjisinin kəsilməsi 8 milyondan çox insana təsir edib və həyatı dayandırıb. Demək olar ki, bütün ölkə işıqsız qaldıqdan sonra hökumət paytaxt Santyaqo başda olmaqla bir çox bölgədə komendant saatı tətbiq edib.
Elektrik kəsilməsi nəqliyyatı və gündəlik həyatı pozub və xüsusilə Santyaqoda böyük nəqliyyat xaosu hökm sürürüb. Çilidə bank, maliyyə, mədən və ticarət fəaliyyəti dayandırılarkən, minlərlə polis və əsgər ictimai təhlükəsizliyi təmin etmək üçün kritik nöqtələrə təyin edilib. Yerli media bəzi ərazilərdə elektrik enerjisinin bərpa olunduğunu, lakin nəticədə çoxlu soyuducu, paltaryuyan, qabyuyan maşın və digər məişət texnikasının sıradan çıxdığını bildirib.
Çili prezidenti Qabriel Boric açıqlamasında milyonlarla insanın qurbanı olan bu vəziyyətin qəbuledilməz olduğunu bildirib. Boric, "Bu gün baş verənlər hamımızı qəzəbləndirir. Bir və ya bir neçə şirkətin məsuliyyətsizliyi milyonlarla insanın gündəlik həyatına mənfi təsir göstərib. Məsul şəxslərin məsuliyyətə cəlb olunmasını təmin edəcəyik. Biz də qurumların düzgün işləməsini və bu fövqəladə vəziyyətin ən qısa zamanda sona çatmasını istəyirik" deyib.
Onu da qeyd edək ki, elektrik enerjisinin kəsilməsində "ISA Chile" şirkətini günahlandıran Boric, "Bəzi bölgələrdə elektrik enerjisinin verildiyini bilirik, lakin vəziyyət hələ də qeyri-sabitdir. Ona görə də diqqətli hərəkət etməliyik. Hərbi personal, polis və istintaq qrupları ərazidə xidmətdədir" deyə bildirib./News24.az/
26 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ