İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkədə eynicinsli cütlüklərin evliliynə rəsmən icazə verilir

Baltikyanı dövlət olan Estoniyada eynicinsli cütlüklər bu gündən etibarən evlənə bilər.

Estoniya parlamenti iyun ayında eynicinslilərin nikahını qanuniləşdirdikdən sonra bu addımı atan ilk keçmiş Sovet respublikası olub.

101 yerlik parlamentdə ailə qanununa dəyişikliyi 55 deputat dəstəkləyib, 34 deputat isə əleyhinə səs verib.

Fevral ayında keçirilən seçkilərdə qalib gələn baş nazir Kaja Kallasın vədlərindən biri də evlilik bərabərliyini təmin etmək olub.

“Baltik Qürur Festivalı”nın layihə meneceri Keio Soomelt bildirib ki, bu, Estoniyanın Şimali Avropanın bir hissəsi olduğunu göstərən mühüm məqamdır./BAKU.WS

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR