İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkədə 6,9 ballıq zəlzələ oldu - TƏCİLİ XƏBƏRDARLIQ

Yaponiyanın cənub-qərbində yerləşən Miyadzaki prefekturası 6,9 bal gücündə zəlzələ ilə silkələnib.

Musavat.com xəbər verir ki, ölkənin Milli Meteorologiya İdarəsi tərəfindən yayılan rəsmi məlumata görə, zəlzələnin episentri dəniz sahilindən 50 kilometr uzaqda, yerin 10 kilometr dərinliyində qeydə alınıb.

İlk təkanların ardınca bir neçə zəif təkan da hiss edilib. Rəsmi qurumlar zəlzələnin sunami riskini artırdığını vurğulayaraq, bölgə əhalisini ehtiyatlı olmağa çağırıb.

Sunami təhlükəsi ilə bağlı xəbərdarlıq elan edildikdən sonra, sahil bölgələrində yaşayan minlərlə insan təhlükəsiz yerlərə təxliyə olunmağa başlayıb. İdarə rəsmiləri sunami dalğalarının hündürlüyünün bir neçə metrə çata biləcəyini və sahilboyu ərazilərdə ciddi zərər riski olduğunu bildirirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR