Onlayn ictimai-siyasi qəzet
Niderland Ukraynanı “Patriot” hava hücumundan müdafiə sistemi ilə təmin edə bilməyəcək...
İyunun sonunda Niderland adı açıqlanmayan müttəfiqi ilə birlikdə Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemi tədarük edəcəyini elan edib. Lakin indi məlum olub ki, müttəfiq sazişdən çıxıb.
Musavat.com xəbər verir ki, bu barədə "NL Times" qəzeti Niderland Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
“Patriot” sistemi üçün lazımi komponentlər artıq yığılıb. Niderland üç buraxılış qurğusu və bir radar verəcək, qalan zəruri komponentlər isə müttəfiq tərəfindən təmin ediləcək”, - Niderland Müdafiə Nazirliyi daha əvvəl bildirib.
Ölkənin müdafiə naziri Ruben Brekelmans bildirib ki, Niderland Ukraynaya radar göndərib və tezliklə üç buraxılış qurğusunu da təhvil verəcək. Bununla belə, onlar indi çatışmayan komponentləri təmin etməyə hazır olan başqa müttəfiq axtarırlar.
"Biz hələ də bunun üzərində işləyirik. Bir sıra tərəfdaşlarla müzakirələr davam edir", - nazir deyib.
Musavat.com
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ