Onlayn ictimai-siyasi qəzet
Litva prezidenti Gitanas Nausedanın baş müşaviri Asta Skaysqirite bildirib ki, Litva zərurət yaranacağı halda Gürcüstan Prezidenti Salome Zurabişviliyə siyasi sığınacaq verməyə hazırdır.
Musavat.com xəbər verir ki, o, Zurabişvilinin indiyədək Tiflisdə öz xalqının yanında olacağını açıq şəkildə bəyan etdiyini vurğulayıb.
Eyni zamanda, Skaysqirite Gürcüstan prezidentinin xaricdə müdafiəyə ehtiyac duya biləcəyini də etiraf edib. O qeyd edib ki, belə bir vəziyyət yaranarsa, Litva tərəddüdsüz şəkildə sığınacaq verəcək.
Xatırladaq ki, üç Baltikyanı ölkə - Litva, Latviya və Estoniya birgə bəyanatla çıxış edərək, Gürcüstanda qanuni etirazların yatırılmasında iştirak edən şəxslərə qarşı milli sanksiyaların tətbiq olunması barədə razılığa gəliblər.
Bu addımlar Gürcüstanda baş verən daxili siyasi gərginliklər fonunda beynəlxalq diqqəti bir daha cəlb edir.
Musavat.com
26 May 2025
25 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ