Onlayn ictimai-siyasi qəzet
Ermənistanda Kanada səfirliyi açılıb.
Açılış mərasimində xarici işlər naziri Ararat Mirzoyan və İrəvanda səfərdə olan Kanadanın xarici işlər naziri Melani Coli iştirak ediblər.
Açılış mərasiminə Kanadanın Ermənistandakı ilk daimi səfiri Endryu Törner də qatılıb.
Kanada daha əvvəl Moskvadakı səfirliyi vasitəsilə Ermənistanla diplomatik əlaqələr saxlayırdı. Ermənistanda Kanadanın konsulluğu olsa da, ölkəsinin vətəndaşlarına məhdud xidmətlər göstərib.
Xatırladaq ki, bir müddət əvvəl yeni səfir E.Törner etimadnaməsini Ermənistan prezidenti Vaaqn Xaçaturyana təqdim edib.//Report
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ