Onlayn ictimai-siyasi qəzet
Aktrisa-rəqqasə Oksana Rəsulova sosial şəbəkədə uşaq baxçası ilə bağlı yayılan videoya reaksiya verib.
Sənətçi uşaqlara şiddət göstərildiyini əks etdirən videonu yayımlayaraq polisə müraciət ünvanlayıb.
"Bu nə biabırçılıqdır! Sən özün zəlil qalasan, özün öl ki, ay heyvan. Söz tapa bilmirəm. Bu baxçada hər bir kəsin uşağı ola bilər. Belə heyvanlara ən yüksək cəza vermək lazımdır".
Qeyd edək ki, sosial şəbəkələrdə tərbiyəçi-müəllimin azyaşlıya şiddət göstərməsi ilə bağlı görüntülər yayılıb. Videoda müəllimin uşağı döyərək ona "Kəs səsini. Aşağı düşsən, səni boğub öldürərəm", deməsi əks edilib. Görüntülərdə eyni zamanda azyaşlının şiddətə qarşılıq olaraq ağlamasını da eşitmək mümkündür. Hadisənin Sabunçu rayonunda 310 nömrəli uşaq bağçasında lentə alındığı qeyd edilib. Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, sözügedən uşaq bağçasında tərbiyəçi-müəllimin uşağa qarşı uyğunsuz davranışı ilə bağlı araşdırma aparılıb. Qeyd olunub ki, təlim-tərbiyə prosesinə uyğun olmayan bu kimi halların yolverilməzliyi nəzərə alınaraq tərbiyəçi-müəllim vəzifəsindən azad edilib. (Axşam.az)
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ