Onlayn ictimai-siyasi qəzet
“Hazırda rəsmi İrəvan KTMT-nin ümumi işindən uzaqlaşmaq xəttinə üstünlük verir. Bu mövqe, gördüyümüz kimi, Ermənistan xalqının maraqlarına ziddir və milli təhlükəsizliyi əhəmiyyətli dərəcədə zəiflədir”.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə birinci departamentinin direktoru Mikael Aqasandyan danışıb.
“Son nəticədə Ermənistanın təhlükəsizliyinin təminatçısı kimi KTMT və Rusiyaya alternativ yoxdur. İndiki mərhələdə Ermənistanın KTMT-də tam əməkdaşlığa qayıtması üçün qapılar açıqdır və təşkilat daxilində qarşılıqlı öhdəliklər dəyişməz olaraq qalır. Ümid edirik ki, erməni tərəfdaşlar öz şübhələrini aradan qaldıraraq erməni xalqının strateji maraqları naminə birgə işə sadiqliklərini bir daha nümayiş etdirəcəklər”, - deyə Rusiya XİN-in nümayəndəsi bildirib.
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ