İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu məlumat dünyanı SİLKƏLƏYİR

Xəbər verildiyi kimi, ABŞ ordusu və kəşfiyyat orqanlarına aid yeni sənədlər internetə sızdırılıb. Məlumata əsasən, ABŞ-ın Ukrayna prezidenti Vladimir Zelenskini dinlədiyi ortaya çıxıb.

Musavat.com xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Kanalın verdiyi informasiyaya görə, Zelenskinin çevrəsi dinləmə faktını sakitliklə qarşılasa da, məlumatın sızmasından məyusluğunu gizlətməyib. Sızan informasiyalardan belə məlum olub ki, Zelenski bu ilin fevral ayının sonunda Rusiyanın Rostov bölgəsindəki hərbi bazalarına pilotsuz təyyarələrlə zərbələr endirməyi təklif edibmiş. Çünki Ukraynanın həmin məsafəyə qədər çata biləcək uzaq mənzilli silahları yoxdur.

Sızdırılan sənədlərdə Ukrayna liderinin ələ keçirilən kommunikasiyaları da yer alıb. ABŞ Milli Təhlükəsizlik Agentliyi onları "elektron siqnallar və rabitə sistemlərindən əldə edilən kəşfiyyat məlumatları" kimi təsnif edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR