İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bu layihə biabırçı blefdir” - Xaçatryan

“Ermənistan Respublikasının Avropa İttifaqına qoşulması prosesinin başlanması haqqında” layihə biabırçı blefdir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu yerli parlamentin iclasında müvafiq qanun layihəsinin müzakirəsi zamanı “Ermənistan” müxalifət blokunun üzvü Artur Xaçatryan bildirib.

“Seçkilər ərəfəsində Artak Zeynalyan və onun partiyadaşları seçkiyə necə yaxşı getməyi düşünürdülər. Nəticədə onlar qərbyönlü, avropapərəst çətir altında məskunlaşmağa qərar verdilər. Amma siz cənablar, yanıldınız, çünki hakim “Vətəndaş sazişi” partiyası və Ermənistanın baş naziri Nikol Paşinyan sizə bu yağlı tikəni qoymazdı”, - deyə Xaçatryan deyib.

Onun fikrincə, hakim partiya bu layihə ilə Ermənistanın xarici siyasətini təhdid edir.

“Bununla siz Qərbi, Şimalı və Cənubu çaşdırırsınız”, - deyə erməni deputat vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR