İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyəli zəlzələ alimindən XƏBƏRDARLIQ...

Türkiyənin Balıkesir vilayətinin Sındırğı rayonunda yerli vaxtla saat 19:53-də 6,1 maqnitudalı güclü zəlzələ baş verib. AFAD-ın məlumatına görə, yeraltı təkanlar Manisa, İzmir, Uşak və Bursa şəhərlərində də hiss olunub. Zəlzələdən sonra ən böyüyü 4,6 olmaqla, 3 baldan yuxarı 10 artçı təkan qeydə alınıb.

Musavat.com xəbər verir ki, yerbilimçi professor Naci Görür ilk açıqlamasında “Bu, kiçik zəlzələ deyil, ziyan ola bilər. Daha böyük zəlzələ gözləmirəm. Bir müddət evlərdən uzaq durun” deyib. Sonrakı açıqlamasında isə Balıkesirdəki təkanların İstanbul və Marmara bölgəsi üçün ciddi təhlükə yaratmadığını vurğulayıb:
“Alakır-Sındırğı/Balıkesir zəlzələlərinin Marmaraya təsir edəcəyi düşünülür. Marmara bölgəsindəki fay xətlərinə müəyyən qədər stress yüklənmiş ola bilər, amma mən KAF-ın şimal qoluna təsir göstərəcəyini hesab etmirəm. Geçmiş olsun.”

Rəsmi məlumatlara görə, axtarış-xilasetmə işlərinə 10 rayondan personal və texnika göndərilib. Sındırğı bələdiyyəsinin açıqlamasına əsasən, 10-dan çox bina dağılıb. Hazırda dağıntılar altında qalan iki nəfərin xilas edilməsi üçün əməliyyatlar davam edir.  

 

Musavat.com

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR