Onlayn ictimai-siyasi qəzet
Bakı şəhər Nərimanov rayonu Montin qəsəbəsi Mayakosvki küçəsində antisanitar vəziyyət hökm sürür.
Sakinlər bildiriblər ki, bir neçə ildir Mayakovski küçəsi 4 ünvanının qarşısında səkini kababxana zəbt edib.
Bildirilib ki, dəfələrlə həmin ərazidə aidiyyəti dövlət qurumları tərəfindən oturacaqlar yığışdırılsa da, sahibkar səkinin üzərinə stol-stul qoyur, gecə burada spirtli içki verilməsi insanların istirahətini pozur, səs-küy yaranır və əraziyə toplaşmış şəxslər yerli sakinlərin nrahatlığına səbəb olurlar.
Ərazidə kabab satan şəxs bildirib ki, onun fəaliyyəti ilə bağlı heç kim xəbərdarlıq etməyib və ucuz qiymətə küçədə kabab bişirərək satır. Onun iş şəraiti, ətlərin saxlanma yeri və digərlazım olan avadanlıqlarının olmaması isə diqqət çəkib.
Qida Təhlükəsizliyi Agentliyindən isə bildirilib ki, qida məhsulu satışı ilə məşğul olan hər bir fiziki və ya hüquqi şəxsin müvafiq icazəsi olmalıdır. Qurumun mətbuat katibi İlkin Kərimli qeyd edilən ünvandakı obyektlə bağlı müvafiq araşdırmanın aparılacağını deyib.
04 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ