Onlayn ictimai-siyasi qəzet
Qəhvənin insan orqanizminə təsiri həm müsbət, həm də mənfi ola bilər. Xüsusilə həddən artıq qəhvə içmək qan təzyiqinin yüksəlməsi ilə nəticələnə və ürək-damar sistemində əlavə stressə səbəb bilər.
Bu barədə biologiya elmləri namizədi, Milli Genetik Araşdırmalar Mərkəzinin aparıcı elmi işçisi İrina Kolesnikova danışıb.
Mütəxəssis izah edib ki, insan orqanizmində kofeinin emalından məsul olan əsas ferment sitoxrom P450 1 A2 və müvafiq gen cyp1a2-dir. Bu ferment aktivdirsə və normal işləyirsə, tövsiyə olunan dozalarda qəhvə içmək təhlükəsizdir.
“Ancaq bu fermentin təsirsiz olduğu insanlara əlverişsiz genetik fon səbəbindən ümumiyyətlə qəhvə və kofeinli içkilər qəti qadağandır. Normal genotipə malik olanlar hər gün bir fincan qəhvə içə bilərlər”, - Kolesnikova vurğulayıb. (Publika.az)
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ