İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ilin ilk hərraclarında neft bahalaşdı

2024-cü ilin ilk hərraclarında neft qiymətlərində ciddi artım baş verib. Brent etalon marka neftin bir bareli 2 dollara yaxın bahalaşaraq 79 dollara yaxınlaşıb. Reutersin yazdığına görə, bahalaşmaya səbəb Qırmızı dənizdə qeydə alınan hərbi toqquşmadan sonra bölgədən neft tədarükünün azalması ehtimalıdır.

Həmçinin bazarda ən böyük neft idxalçısı olan Çinin iqtisadiyyatını stimullaşdırmaq üçün Pekinin ciddi addımlar atacağına olan inam da pozitivlik yaradır.

Reutersin iqtisadçılar və analitiklər arasında keçirdiyi sorğuda Brent markalı neftin bu il orta hesabla 82,56 dollar olacağı proqnozlaşdırılır ki, bu da 2023-cü ildəki 82,17 dollardan bir qədər yuxarıdır. Geosiyasi gərginliklərin qiymətartırıcə təsirinə baxmayaraq, il ərzində zəif qlobal artımın neft tələbini məhdudlaşdıracağı gözlənilir.

Qeyd edək ki, yanvarın 31-də Amerika helikopterləri İranın dəstəklədiyi silahlıların Qırmızı dənizdə Maersk konteyner gəmisinə hücumunu dəf edib. Bu hadisə İsrail və Qəzza arasında müharibənin daha böyük regional münaqişəyə çevrilməsi riskini artırır. Agentlik yazır ki, bu, Fars körfəzindəki Qırmızı dəniz və Hörmüz boğazı kimi neft nəqli üçün əsas su yollarını bağlaya bilər.

Həmçinin qeyd olunur ki, Çində istehsal fəaliyyəti dekabr ayında ardıcıl üçüncü ay daraldıqdan sonra investorların yeni stimullaşdırıcı tədbirlərə dair gözləntiləri artıb. Stimullaşdırma neftə tələbatı artıra bilər.

ABŞ-ın Putinin “kölgə donanmasını” məhv etmək kampaniyasına başlamasından sonra Hindistan Rusiya nefti daşıyan tankerləri qəbul etməyi dayandırıb. Hindistan təxminən 5 milyon barel Rusiya Sokol xam neftini qəbul etməli idi, lakin onu daşıyan bütün tankerlər Hindistan sahillərində beynəlxalq sularda dayanmaqdadır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR