İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ilin 5 ayında 4 tona yaxın narkotik qanunsuz dövriyyədən götürülüb

Bu ilin yanvar-may aylarında ümumilikdə müsadirə olunmuş 3 ton 765 kq 317,349 qr narkotik vasitələr qanunsuz dövriyyədən götürülüb.

Musavat.com-un xəbərinə görə, bu, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2023-cü ilin yanvar-may aylarının yekununa dair məlumatında əksini tapıb.

Qeyd edilib ki, qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunan 3 ton 765 kq 317,349 qr narkotik vasitələrin və psixotrop maddələrin 1 ton 369 kq 279,554 qr-nı heroin, 1 ton 993 kq 649,769 qr-nı marixuana, 139 kq 597,411 qr-nı tiryək, 44 kq 235,402 qr-nı həşiş, 215 kq 818,084 qr-nı psixotrop maddələr, 2 kq 737,13 qr digər narkotik vasitələr təşkil etmişdir. Həmçinin göstərilən dövr ərzində 27028 ədəd həb metadon, 5269 ədəd çətənə bitkisi,eləcə də 1 kq 026,568 qr, 4421 ədəd kapsul və 953 ədəd həb güclü təsir edən maddə və 40,682 qr prekursor qanunsuz dövriyyədən götürülüb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR