İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu il Şuşada ilk DOST Mərkəzi açılacaq - komitə sədri

“İşğaldan azad edilmiş rayonlarımızın əhalisinə xidmət göstərmək məqsədi ilə “Zəngəzur və Qarabağ DOST” proqramı hazırlanıb və bu il Şuşa şəhərində ilk DOST mərkəzinin açılması nəzərdə tutulur”.

Bunu Milli Məclisdəki çıxışında komitə sədri Musa Quliyev söylədi.  O bildirdi ki, ötən il Covid-19 pandemiyasının sosial-iqtisadi sahədə törətdiyi neqativ təsirlərin, o cümlədən dünya bazarlarında ərzağın və digər çox işlənən malların, xidmətlərin bahalaşması ilə əlaqədar inflyasıyanın minimuma endirilməsi üçün kompleks tədbirlər həyata keçirilib: “Ötən il səhiyyə, təhsil, mədəniyyət, turizm sahəsində bir sıra uğurlu layihələrin həyata keçirilməsi də qeyd olunmalıdır. İcbari Tibbi Sığorta daha geniş və uğurlu şəkildə tətbiq olunmaqla ölkəmizin bütün ərazilərini və vətəndaşlarını əhatə edib”. M.Quliyevin sözlərinə görə,

2021-ci ildə Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinə vətəndaşlarımızdan 1525 müraciət, o cümlədən 1370 şikayət ərizəsi daxil olub: “Komitənin profili üzrə daxil olan şikayətlərin 36%-i əlillik təyinatı ilə, 22%-i işsizliklə, 17%-i pensiya təminatı ilə, 13%-i Ünvanlı Dövlət Sosial yardım, 8%-i mənzil təminatındakı çətinliklərlə bağlı olub. Bahalaşmanın törətdiyi sosial çətinliklər, işsizlik, təhsil haqqının ödənilməsi, dərman vasitələrinin keyfiyyəti və bahalılığı, bəzi tibbi xidmətlərin bahalı olması, xüsusi ilə onkoloji yardım, orqan köçürülməsi, sonsuzluğun müalicəsi, autizm və s. tibbi-sosial xidmətlərə əlçatanlıq imkanlarının məhdudluğu kimi məsələlərin vətəndaş müraciətlərinin əsasını təşkil etdiyini də hörmətli hökumət üzvlərinin nəzərinə çatdırmaq istəyirəm”.

 E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR