İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu il rubl real effektiv məzənnəsini 30 faiz itirib: Putin “problem yoxdur” deyir

Rusiya prezidenti Vladimir Putin rublun zəifləməsinə münasibət bildirərək deyib ki, o bu prosesdə həlli mümkün olmayan problemlər görmür, məzənnəyə təsir edən bütün amillər idarə olunur: "Bu, əlbəttə ki, Rusiya Federasiyasının Mərkəzi Bankı və hökuməti, belə deyək, maliyyə orqanları timsalında araşdırmanı tələb edən bir məsələdir. Amma ümumiyyətlə, mən düşünmürəm ki, burada tamamilə həlli mümkün olmayan problemlər və çətinliklər var. Bu, bir çox amillərlə, o cümlədən ən böyük ixracatçılarımızın valyuta gəlirlərinin qaytarılması və ya qaytarılmaması ilə bağlıdır. Bu onunla bağlıdır ki, ilk mərhələdə dollar 60 rubl olanda, idxal logistika zəncirləri qurulmamışdı, indi idxal getdikcə daha böyük həcmdə bazarımıza daxil olur və bu o deməkdir ki, xarici valyutaya tələbat getdikcə artır. Başqa amillər də var, amma ümumilikdə bunlar idarə olunan amillərdir.Biz onları görürük, başa düşürük. Mərkəzi Bank da onları görür”.

Bir sıra məmurların, bankirlərin məzənnənin sabitləşməsi üçün məhdudiyyətlərin tətbiq edilməsinin zəruriliyi ilə bağlı fikirlərinə münasibət bildirən Putin deyib: “Bunlar nə edirlər – qorxudurlar. Deyirlər ki, dinc yolla filan-filan edək, əks halda, biz bəzi məhdudiyyətlər, gəlirlərin məcburi qaytarılması və s. tətbiq edəcəyik. Amma heç kim sərt hərəkət etməyəcək”.

O, həmçinin xatırladıb ki, Mərkəzi Bankın uçot dərəcəsinin artırılması ilə bağlı avqust qərarının səbəbi, digər məsələlərlə yanaşı, inflyasiya risklərinin azaldılması zərurətindəndir: “Bəli, bu, kreditləşmə imkanlarını azaldır və iqtisadi inkişafa bir qədər mane olur, lakin mühüm amil inflyasiya risklərinin azalmasıdır”.

Rusiya Mərkəzi Bankının məlumatına əsasən, 2023-cü ilin avqustunda Rusiyanın əsas ticarət tərəfdaşları olan dövlətlərin valyuta səbətinə nəzərn rublun real effektiv məzənnəsi iyul ayı ilə müqayisədə 4,6 faiz azalıb.

Ümumilikdə isə 2023-cü ilin yanvar-avqust aylarında rublun real effektiv məzənnəsi 29,9 faiz azalıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR