İnsanlara hürriyət, millətlərə istiqlal!

"Bu il ixtisas seçiminin 1-ci turundan tələbə adı qazananlar REKORD sayda olub" - Ekspert

"Bu il ali məktəblərin bakalavr pilləsinə 55656 nəfər ixtisas seçiminin 1-ci turundan tələbə adı qazanıb. Bu, rekord saydır".

Musavat.com bildirir ki, bu barədə təhsil eksperti Kamran Əsədov bildirib. O, qeyd edib ki, 2994 plan yeri boş qalıb.

Ekspert həmçinin bildirib ki, ali məktəblər arasında ən yüksək keçid balı Baki Ali Neft Mektebi nin informasiya təhlükəsizliyi ixtisasında formalaşıb və bu ixtisasa keçid balı 687 bal olub.

Kamran Əsədov onu da vurğulayıb ki, yeni yaranan Qarabağ Universiteti və Türkiyə-Unuversiteti artıq rəqabət mühitini formalaşdıra bilib:
"Yeni yaranan Qarabağ Universitetinin hüquq fakültəsinə keçid balı 609.4 olub. Müqayisə üçün BDU-nun hüquq fakültəsinə keçid balı dövlət sifarişli 613,9 olub. 

1589192278_kamran4.jpg (74 KB)

Türkiyə - Azərbaycan Universitetinin Kompüter mühəndisliyi ixtisasında keçid balı 641 bal olub ki, bu da yeni yaranan universitet üçün çox yaxşı nəticədir.
Bu universitet ali təhsil müəssisələri arasında rəqabət mühiti yaradacaq.

Ümumiyyətlə, artıq yeni yaranan universitetlər rəqabət mühiti formalaşdıra bilib".

 

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR