Onlayn ictimai-siyasi qəzet
2024-cü ilin yekununda qlobal qaz istehlakı 2,4 faiz arta bilər.
Musavat.com xəbər verir ki, bu, Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) hesabatında əksini tapıb. Beləliklə, təşkilat qlobal qaz istehlakı artımı proqnozunu sentyabrdakı 1,5 faizdən kəskin şəkildə artırıb.
Hesabata görə, 2024-cü ilin 10 ayı ərzində əsas istehlakçı ölkələrdə ümumi qaz istehlakı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz artaraq 2,156 trilyon kubmetrə çatıb.
Əsas istehlak artımı Asiya və Şimali Amerikada qeydə alınıb.
Oktyabr ayında Beynəlxalq Enerji Agentliyi (IEA) qaz bazarı ilə bağlı hesabatında 2024-cü ildə qlobal qaz tələbatının artımı ilə bağlı proqnozunu 2,5 faiz səviyyəsində saxlayıb. Agenliyə görə, bu il istehlak rekord həddə - 4,2 trilyon kubmetrə çatacaq. Eyni zamanda agentlik 2025-ci ildə qlobal qaz tələbinin daha 2,3 faiz (və ya demək olar ki, 100 milyard kubmetr) artacağını gözləyir.
Musavat.com
08 Fevral 2025
07 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ