İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu il beynəlxalq koalisiya İŞİD-ə qarşı 300-dən çox əməliyyat keçirib

İŞİD terror qruplaşmasına qarşı ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya 2022-ci ildə İraq və Suriyada 313 hərbi əməliyyat keçirib.

"Report" xəbər verir ki, bu barədə "Shafaq News" informasiya portalı məlumat yayıb.

Əməliyyatların əksəriyyəti, demək olar ki, üçdə ikisi İraqda həyata keçirilib.

Qeyd edək ki, beynəlxalq koalisiya 2014-cü ildə İŞİD İraq ərazisinin təxminən üçdə birini işğal etdiyi vaxtda yaradılıb. 2015-ci ildə koalisiyanın dəstəyi ilə hökumət qüvvələri silahlıların ələ keçirdiyi əraziləri azad etməyə başlayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR