İnsanlara hürriyət, millətlərə istiqlal!

"Bu ikisi olmadan separatçılar Xankəndini idarə edə bilməyəcəklər" - MÜHÜM AÇIQLAMA

Bu gün səhər Beynəlxalq Qızıl Xaç Komitəsinin avtomobilləri Ağdam-Xankəndi yolu ilə Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni əsilli sakinlərə ərzaq və tibbi ləvazimatlar aparıb.Bu, Ağdam-Xankəndi yolunun açılması deməkdir. Uzun müddət idi ki, Azərbaycan Ağdam-Xankəndi yolunun açılmasının, yüklərin bu yolla Xankəndiyə çatdırılmasının vacibliyi və əlverişli olması barədə müzakirələr gedirdi.Son 3 ay ərzində isə Azərbaycan bu yolun əhəmiyyətini həm Ermənistana, həm beynəlxalq ictimaiyyətə izah etmək üçün üçün ciddi addımlar atır, Laçın-Xankəndi marşrutuna paralel olaraq Ağdam-Xankəndi yolunun işləməsinə razı olduğunu bildirirdi.

Sentyabrın 1-dən paralel şəkildə yolların işə salınması Azərbaycan və Ermənistan tərəfinin ABŞ-də keçirilmiş son görüşündə razılaşdırılmışdı. Lakin Qarabağdakı separatçı qalıqları bu razılaşmanı pozur, Ermənistan, onların xaricdəki havadarları, lobbiləri razılaşmanın baş tutmaması üçün əllərindən gələni edirdilər. Onlar Azərbaycana qarşı çox ciddi təzyiqlərə əl atır, müxtəlif səviyyələrdə yersiz bəyanatlar səsləndirir, yalnız Laçın yolunun açılmasını tələb kimi irəli sürürdülər.Lakin Azərbaycan prinsipial mövqeyindən çəkilməyərək, hər iki marşrutun paralel olaraq işləməsi təklifində təkid etdi və istəyinə nail də oldu.Bir neçə gün əvvəl Rusiyanın Qızıl Xaç Cəmiyyətinin, bu gün isə Beynəlxalq Qızıl Xaç Komitəsinin yüklərinin Ağdam yolu vasitəsilə Xankəndiyə keçməsi ilə Azərbaycan növbəti dəfə doğru yolda olduğunu, ona təzyiqlərin nəticəsizliyini bütün dünyaya göstərdi.

Bəs bundan sonra Azərbaycanın atacağı addımlar necə olmalıdır?

Məsələ ilə bağlı Sfera.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib ki, Azərbaycan prinsipial mövqeyindən geri çəkilməməlidir:

“Təzyiq davam etməlidir. Ağdam-Xankəndi yolunun açılması Laçın yolundan istənilən yüklərin daşınması anlamına gəlməməlidir. Hər iki yoldan çatdırılması planlaşdırılan və bizə aid olmayan yüklərin gömrük və laborator yoxlanışı həyata keçirilməlidir. Qarabağ ermənilərinə Ermənistanın pul vahidinin və yanacağın keçirilməsinə icazə verilməməlidir. Bu ikisi olmadan erməni separatçıları işğal altındakı bölgəni idarə edə bilməyəcəklər. Qarabağ erməniləri qanunlarımıza tabe olmayana qədər təbii qaz və elektrik problemlərinin həll olunacağına da ümid etməməlidirlər”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR