İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu halda Ukraynaya ordu yeridiləcək - Belarus müharibəyə qoşulur?

Belarus prezidenti Aleksandr Lukaşenko yalnız Belarusa hücum olacağı təqdirdə ruslarla birlikdə döyüşə biləcəklərini bildirib.

Musavat.com xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko jurnalistlərə açıqlama verib.

Lukaşenko Belarusun Rusiya ilə müharibəyə qoşulma ehtimalı ilə bağlı danışıb:

“Yalnız bir halda mən ruslarla birgə döyüşməyə hazıram: əgər bir əsgər belə mənim xalqımı öldürmək üçün silahla torpaqlarımıza gəlsə. Ölkəmə hücum olacağı təqdirdə ən sərt şəkildə cavab verəcəyik. Müharibə tamamilə fərqli bir xarakter alır".

Qeyd edək ki, Rusiya qoşunlarının yerləşdiyi Belarus Rusiyaya Ukraynaya qarşı hücumlar üçün öz ərazisindən istifadə etməyə icazə verib. Lukaşenko bundan əvvəl qoşunlarını Ukraynaya göndərməyəcəyini bildirib. Rusiya və Belarusun mütəmadi olaraq keçirdiyi birgə hərbi təlimlər Belarusun Ukraynadakı müharibəyə qoşulacağına dair narahatlıqları artırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR