İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu gün Türkiyə və Litva prezidentləri görüşəcəklər

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Litvanın Prezidenti Gitanas Nauseda Türkiyəyə səfər edəcək.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, paytaxt Ankaraya işgüzar səfəri çərçivəsində Litva Prezidenti türkiyəli həmkarı ilə görüşəcək.

Görüşdə Türkiyə və Litva arasındakı ikitərəfli münasibətlər nəzərdən keçiriləcək, əməkdaşlığın genişləndirilməsi üçün atıla biləcək addımlar ətrafında fikir mübadiləsi aparılacaq.

Agentliyin məlumatına görə, danışıqlarda ikitərəfli münasibətlərlə yanaşı, cari ilin 11-12 iyul tarixlərində Baltikyanı ölkənin paytaxtı Vilnüsdə təşkil ediləcək NATO dövlət və hökumət başçılarının zirvəsinin hazırlıqları başda olmaqla, Alyansı maraqlandıran mövzuların müzakirəsi, Türkiyə-Avropa İttifaqı münasibətləri ilə regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılacağı gözlənilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR