İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu gün Strasburqda AŞPA-nın yay sessiyası başlayır

Bu gün Strasburqda AŞPA-nın yay sessiyası başlayır

APA-nın Britaniya bürosunun xəbərinə görə, sessiya çərçivəsində “Avropada demokratik təhlükəsizliyin təmin edilməsi” mövzusunda yüksək səviyyəli panel və interaktiv debat keçiriləcək.

Həmçinin qurumun yay sessiyasında Daimi Komitə və Büronun görülən işlərlə bağlı hesabatları dinləniləcək, Serbiyada keçirilmiş prezident və erkən parlament seçkilərinin müşahidəsinin nəticələri, müxtəlifliyin və inklüzivliyin təşviq edilməsində siyasi partiyaların rolu, Avropada antisemitizmin qarşısının alınması və onunla mübarizə, təhlükəsizlik üçün yeni çağırışlarda Avropa Şurasının rolu, onlayn kommunikasiyanın tənzimlənməsi: media, informasiya azadlığına və insan ləyaqətinə təhlükə və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, sessiya iyunun 24-də başa çatacaq. Səməd Seyidovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinə deputatlardan Sevinc Fətəliyeva, Rafael Hüseynov, Nigar Arpadarai, Erkin Qədirli, Kamal Cəfərov, Könül Nurullayeva və Sabir Hacıyev daxildirlər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR