Onlayn ictimai-siyasi qəzet
Özbəkistanda parlamentin aşağı palatası - Ali Məclisin Qanunvericilik Palatasına və yerli şuralara (xalq deputatları şuralarına) seçkilər keçiriləcək.
Seçkilər qabaqcıl demokratik standartlara uyğun təkmilləşdirilmiş seçki qanunvericiliyi əsasında keçiriləcək.
Xüsusilə, qanunda göstərilir ki, siyasi partiyalar tərəfindən irəli sürülən namizədlərin ən azı 40%-ni qadınlar təşkil etməlidir. Bundan başqa, müəyyən edilib ki, deputat seçilmək üçün seçicilərin nisbi əksəriyyətinin səsini almaq kifayətdir. Belə ki, namizəd seçki dairəsi üzrə digər namizədlərdən çox səs topladıqda seçilmiş sayılır.
Seçkilər zamanı "E-saylov" informasiya sistemindən istifadə olunacaq, bunun sayəsində vətəndaşlar interaktiv xəritələr vasitəsilə seçicilər, seçki məntəqələri və deputatlığa namizədlər haqqında statistik məlumat ala biləcəklər. İlk dəfədir ki, seçkilər majoritar sistemlə deyil, qarışıq seçki sistemi ilə - majoritar və proporsional sistemlə keçirilir.
150 deputatdan 75-i birmandatlı seçki dairələri üzrə seçicilərin konkret namizədlər üçün verdiyi səslər əsasında aşağı palataya seçiləcək, qalan 75 nəfər isə vahid seçki dairəsi üzrə siyasi partiyalara verilən səslərin sayına proporsional olaraq partiya siyahıları üzrə seçiləcək.
Özbəkistan Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, ümumilikdə birmandatlı seçki dairələri üzrə irəli sürülmüş 375 nəfərin, həmçinin partiya siyahıları üzrə 500 nəfərin namizədliyi qeydə alınıb.
Seçkilərdə 1000-dən çox beynəlxalq və xarici müşahidəçi iştirak edir, onlardan 400-ə yaxını 50 ölkəni, 500-ə yaxını MDB, Türk Dövlətləri Təşkilatı, ŞƏT kimi beynəlxalq təşkilatları, 60 müşahidəçi isə 26 ölkənin seçki komissiyalarını təmsil edir.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu seçkilərə 350, MDB dövlətləri isə 167 müşahidəçi göndərib./modern.az
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ