Onlayn ictimai-siyasi qəzet
İranın BMT-dəki missiyası İranın daimi nümayəndəsi Əmir Səid İrəvani BMT-nin baş katibi Antonio Quterreşə BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasının çağırılması xahişi ilə məktubu göndərib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, müraciətin mətnində deyilir: “İran İslam Respublikası Təhlükəsizlik Şurasının sədrindən bu ciddi pozuntu və qeyri-qanuni hərəkətlərin aradan qaldırılması və bu cinayətkar rejimin məsuliyyətə cəlb edilməsi üçün təcili iclas çağırılmasını xahiş edir”.
Söhbət 2024-cü il oktyabrın 25-dən 26-na keçən gecə İsrail ordusunun İranda bir sıra hədəflərə həyata keçirdiyi hava zərbələrindən gedir.
İran Quterreş və Təhlükəsizlik Şurasını “qəti mövqe tutmağa və İsraili qəti və birmənalı şəkildə pisləməyə” çağıraraq, “beynəlxalq hüququn və BMT nizamnaməsinin kobud şəkildə pozulmasının” cavabsız qalmayacağını göstərib.
Bu arada, “Röyter”in verdiyi məlumata görə, amerikalı tədqiqatçı və BMT-nin keçmiş silah müfəttişi Devid Olbrayt hava hücumunun nəticələrinin peyk şəkillərini öyrənərək əmin edir ki, raketlər İranın qapalı nüvə silahının inkişafı proqramının bir hissəsi olan binaya düşüb.
O, 2018-ci ilin məxfi kəşfiyyat məlumatlarına istinadən hesab edir ki, İran hava hücumuna məruz qalan “Taleqan-2” bazasında mühüm sınaq avadanlıqları saxlayıb.
Onun sözlərinə görə, İran hava hücumundan əvvəl əsas materialları çıxarmış ola bilər, lakin “içəridə heç bir avadanlıq qalmasa belə,” bina gələcək nüvə silahı ilə bağlı fəaliyyətlər üçün “təbii olaraq dəyərli”dir.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ