Onlayn ictimai-siyasi qəzet
“Ermənistan Azərbaycana müqavimət göstərə bilməz, ona görə də sərhədin delimitasiyası lazımdır”.
Musavat.com bildirir ki, bunu Azərbaycana qarşı çoxsaylı cinayətlər törətmiş Ermənistandakı “Yerkrapa Könüllülər Birliyi”nin rəhbəri Syuzan Mikaelyan İrəvandakı Yerablur hərbi panteonunda jurnalistlərə bildirib.
Terrorçu təşkilatın başçısı ardınca deyib ki, Azərbaycan 20 ildir müasir silah və hərbi texnika alır, Ermənistanda isə keçmiş hakimiyyət o vaxt quldurluqla məşğul olub.
Sözdə “ağ bayraq” qaldıran terrorçu təşkilatın rəhbəri iddia edib ki, qlobal dəyişikliklər kontekstində Ermənistan “yenidən soyqırıma məruz qalmamaq” (?!-M.) üçün rasional və müdrik olmalıdır.
Musavat.com
03 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ