İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Netanyahuya inamını itirir: Baş nazir münaqişəni ABŞ seçkilərinə qədər bitirməyə hazır deyil

ABŞ İsrailin Baş naziri Benyamin Netanyahunun Yaxın Şərqdə davam edən münaqişəni 2024-cü ilin noyabrında keçiriləcək prezident seçkilərinə qədər bitirmək niyyətində olduğuna inanmır.

Musavat.com xəbər verir ki, bu barədə CNN telekanalı Ağ Ev administrasiyasından adının çəkilməsini istəməyən rəsmilərə istinadən məlumat verib.

Telekanalın məlumatına görə, Vaşinqtonda belə hesab edirlər ki, Netanyahu özünə yaxın müttəfiq kimi məhz Donald Trampı görür. Bu fikri dəstəkləyən səbəblərdən biri isə İsrailin Baş nazirinin son həftələrdə ABŞ-ın keçmiş prezidenti ilə dəfələrlə əlaqə saxlamasıdır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR