İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu gün Həcc ziyarəti başlayır - qiymətlərdəki artımın səbəbi

QMİ rəsmisi: “Qiymətlərdə cüzi fərq var, o da...”; bu il zəvvarlar arasında qazi və şəhid ailələrinin üzvləri də olacaq

Bu gün - iyunun 17-dən Azərbaycandan müqəddəs məkanlara Həcc ziyarəti başlayır. Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) bildirilib ki, bu il Məkkəyə Həcc ziyarətinə 1400 nəfər gedəcək. Zəvvarların göndərilməsinə iyunun 17-də başlanılacaq və 21-dək davam edəcək.

Ümumilikdə Səudiyyə Ərəbistanına 8 çarter reysi olacaq. Zəvvarların qayıdışı 5-11 iyul tarixlərində planlaşdırılır. Azərbaycanlı zəvvarlara Həcc ziyarəti 5750 ABŞ dollarına başa gələcək. Həccə quru (avtomobil) yolu ilə zəvvar aparılacaqmı?

Xatırladaq ki, bu il Qurban bayramı iyunun 28-29-na təsadüf edəcək. Qiymətlərdə və zəvvarların sayında ötən illərlə müqayisədə hansı fərqlər var və niyə?

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının və səlahiyyətli  nümayəndələrinin Məhərrəm ayının başlaması ilə əlaqədar MÜRACİƏTİ -

Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı, Həcc missiyasının qrup rəhbəri Bəxtiyar Nəcəfov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, ötən il pandemiyaya görə az adam ziyarətə gedib: “Keçən il bizdən az sayda-680 nəfər Həcc ziyarətinə yollanmışdı. Bu il isə 1400 nəfər yola düşür. Qafqaz Müsəlmanları İdarəsinin Həcc missiyası tərəfindən iyunun 17-dən 21-nə qədər bizim zəvvarların göndərilməsi davam edəcək. İlk olaraq Ciddə şəhərinə təyyarələrimiz çatacaq. Ciddə şəhərindən sonra Məkkəyə gedib öz əməllərini bitirdikdən sonra iyul ayının 2-dən hacılarımız hər gün müəyyən sayda Mədinə şəhərinə daşınacaq. Mədinədə Peyğəmbərin (s) və digər imamların Bəqir ziyarəti olacaq. Ondan sonra hacıların ayın 5-dən etibarən vətənə qayıdışı baş tutacaq”. QMİ rəsmisi qiymətlərlə bağlı verilən sualı cavablandırıb: “Qiymətlərdə cüzi bir fərq var. Bunun da səbəbi Səudiyyə Ərəbistanında olan bəzi dəyişikliklər, yerləşmə ilə bağlı, mehmanxanaların düzümü ilə bağlı Minada, Ərəfatda olan xidmətlərlə bağlıdır. Qiymətlərdə cüzi fərq var - təqribi olaraq 350-400 dollar artım olub”.

Bəs “tanınmışlardan bu il kim Həcc ziyarətinə gedəcək” sualına cavab olaraq Bəxtiyar Nəcəfov deyib ki, bu il Həccə yollanacaq zəvvarlar içərisində qazilər, şəhid ailələri də var: “Şeyx həzrətlərinin təşəbbüsü ilə həm qazilərimiz, həm də şəhid ailələrinin üzvləri Həcc ziyarətinə gedəcəklər”. 

Şəhid anası Hurnisə Kərimova “Yeni Müsavat”a dedi ki, o da Həcc ziyarətinə gedəcək: “Yeddi ildir oğlum Əlizaman İslamov aprel döyüşlərində şəhid olub. Çoxdankı arzum idi ki, Həcc ziyarətinə yollanım. Bu il ərizə ilə Şeyxə müraciət etdim, sağ olsunlar, məktubuma müsbət cavab verdilər. Özləri zəng vurdular, öz vəsaitləri ilə məni yola salırlar. Bunda kimin əməyi keçirsə, hər kəsə təşəkkür edirəm. Əgər Allahın evinə gedirəmsə, imamlarımızı ziyarət edirəmsə, deməli, mənim şəhid balam da onların yanındadır. Təsəvvür edirəm ki, öz övladım da onların yanındadır. Onun ziyarətinə gedirəm. Bunun üçün çox can yandırıram ki, onları ziyarət edim”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR