İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu gün Bakı Olimpiya Stadionunun işıqları söndürüləcək - SƏBƏB

Bu gün saat 20:30-dan 21:30-a kimi “Yer saatı” hərəkatına dəstək məqsədi ilə Bakı Olimpiya Stadionunun işıqları söndürüləcək.

Musvat.com xəbər verir ki, hər il mart ayının son şənbə günündə qeyd olunan “Yer saatı” aksiyaları zamanı böyük şəhərlərdəki məşhur binaların fasad işıqları yerli vaxtla saat 20:30-da bir saatlıq söndürülür.

Məlum olduğu kimi, elektrik enerjisinin istehsalı nəticəsində atmosferə buraxılan istixana qazı iqlim dəyişikliyinin başlıca səbəblərindən hesab olunur. “Yer saatı” kampaniyasının məqsədi ictimaiyyətin diqqətini iqlim dəyişikliyinin yaradacağı təhlükələrə yönəltməklə cəmiyyətdə enerjiyə qənaətin təşviq edilməsidir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR