İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu gün “Avroviziya” təmsilçimiz bəlli olacaq

“Avroviziya” təmsilçimizin kimliyi bu gün açıqlanacaq.

Musavat.com xəbər verir ki, bu haqda INFE instaqram səhifəsi məlumat yayıb.

Bu gün saat 20:00-da (Bakı vaxtı ilə) ölkəmizin “Avroviziya 2025” mahnı müsabiqəsi təmsilçisinin adı açıqlanacaq. Siyahıda müğənni Natavan Həbibi, Mehin Hümbətova, Mado Salikh, reper Alizade və “Mamaqama” qrupu yer alıb.

Qeyd edək ki, püşkatmanın nəticəsinə əsasən, Azərbaycan birinci yarımfinalda çıxış edəcək.

Yarışmanın birinci yarımfinalı mayın 13-də keçiriləcək. İkinci yarımfinal mayın 15-də, final isə 17-də keçiriləcək.

İddialara görə, müğənnilər Murad Arif, Natavan Həbibi və Mehin Hümbətovadan biri Azərbaycanı təmsil edəcək.

Müsabiqə ilə bağlı digər iddia isə ölkəmizin duetlə yarışmaya qatılmasıdır.

Könül İbrahim
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR