İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu görüntülər panikaya səbəb oldu - Zəlzələdən 40 dəqiqə sonra...

Türkiyənin Bursa şəhərinin Nilüfər rayonunda dünən gecə baş verən zəlzələdən sonra qeydə alınan sirli işıq görüntüsü panikaya səbəb olub.

Musavat.com "Haber Global"a istinadən xəbər verir ki, keçən həftə Gəmlik körfəzi, Mudanya və Bursanın mərkəz rayonlarında sıx hiss edilən 5,1 bal gücündə zəlzələdən sonra şəhərdə yeni yeraltı təkanlar baş verib.

Belə ki, dünən Gəmlik rayonunda 3,2, Nilüfər rayonunda isə ötən gecə yerli vaxtla saat 22:59-da 2,6 bal gücündə zəlzələ baş verib. Nilüfərdəki zəlzələdən 40 dəqiqə sonra baş verən işıq partlayışı panikaya səbəb olub.

8787-pxyt.jpg (60 KB)

Xatırladaq ki, Kahramanmaraşda baş verən zəlzələlər zamanı təhlükəsizlik kamerasına əks olunan işıq partlayışı ən çox danışılan mövzulardan olub.

Belə ki, ölkənin rəsmi qurumları bununla bağlı iddialara aydınlıq gətirib.

Qeyd olunub ki, zəlzələ zamanı yaranan enerji yığılması parlaq şüalanmaya səbəb olur. Yerdən 200 metr yüksəkliyə çatan işıqlar bəzi hallarda ildırım kimi görünür və qısa müddətdə yox olur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR