İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ərazilərə zəlzələ XƏBƏRDARLIĞI edildi: 9 bal gücündə...

Rusiyanın Petropavlovsk-Kamçatski şəhərindən 118 kilometr cənub-şərqdə baş vermiş 7.1 bal gücündə zəlzələ, daha güclü seysmik hadisələrin xəbərçisi ola bilər. Yaxın iki gündə 6-9 bal gücündə zəlzələnin baş vermə ehtimalı yüksəkdir.

Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Uzaq Şərq Bölməsinin Vulkanologiya və Seysmologiya İnstitutunun ümumi şurasının rəyində bildirilir.

18 avqust 2024-cü il tarixində baş vermiş zəlzələnin bu ərazidə (Avaça körfəzi) ya oxşar, ya da daha güclü bir zəlzələnin xəbərçisi olduğu qeyd edilir. Rəyinə görə, 18-19 avqust 2024-cü il tarixləri arasında Petropavlovsk-Kamçatski şəhəri ətrafında 9 bal gücündə zəlzələ baş vermə ehtimalı mövcuddur. Gələcəkdə bir neçə gün ərzində belə bir hadisənin baş vermə ehtimalı əhəmiyyətli dərəcədə azalacaq.

18 avqust 2024-cü il tarixində, saat 7:10-da (Bakı vaxtı ilə 17 avqust saat 23:10 - red.) baş vermiş zəlzələdən sonra iki gün ərzində Avaça buxtasını əhatə edən zəlzələ ocağında güclü zəlzələnin baş verməsinə yüksək ehtimal var. Petropavlovsk-Kamçatski, Yelizovo, Vilyuçinsk şəhərləri və Ust-Kamçatsk kəndində 9 bala qədər seysmik təsir gözlənilir.

Baş vermiş zəlzələ, uzadılmış seysmik boşluğun bir hissəsidir və alimlərin fikrincə, burada 8.5-8.7 bal gücündə zəlzələ üçün kifayət qədər seysmik enerji toplanıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR