İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ərazilərdə yaşayanlara XƏBƏRDARLIQ: Sabah saat 09:00-dan...

Paytaxtın Xətai və Suraxanı rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə Musavat.com-a “Azəriqaz” İB-dən məlumat verilib.

Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus "Qum adası-Bayramzadə İEM" yüksək təzyiqli magistral qaz kəmərində görüləcək təmir işləri ilə əlaqədar 02.08.2023-cü il tarixində saat 09:00-dan işlər başa çatanadək "Qum Məişət(Qİİ)", "Alko", "Naximov", "Müşviq əhali", “Mirzə Davud küçəsi”, "Gilan", "Quru Yük Limanı", "Dəniz donanması", "F-centr", "Azərsu Nəqliyyat" və "Zığ gəmi təmiri" ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Xətai rayonu üzrə Müşviq, Qvardiya, Azadlıq, Oksigen, Pivə Zavod , Mirzə Davud küçələrinin, 8 Noyabr prospektinin bir hissəsinin və Suraxanı rayonu üzrə Qum adası yaşayış massivinin, həmçinin qeyd olunan ərazilər üzrə qeyri-yaşayış sahələrinin də qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR