İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ərazidə evlər bahalaşdı - VİDEO

Abşeron rayonu, Xırdalan şəhərində evlər bahalaşıb.

Musavat.com Xəzər TV-yə istinadən bildirir ki, rieltorlar deyirlər ki, mənzillərin qiymətində təxminən 5-10 min manat arası artım var.

Onların sözlərinə görə, tikinti materiallarının bahalaşması, eyni zamanda, paytaxtın bir sıra ərazilərində söküntü işlərinin aparılması Xırdalan şəhərində də daşınmaz əmlak bazarına təsir göstərib.

Sakinlər də qiymət artımını təsdiqləyirlər.

Rieltorlar deyirlər ki, Xırdalanda kirayə ev üçün müraciət edənlər də çoxdur. Əvvəllər 300-350 manata kirayə verilən evlər indi 400-450 manata təklif edilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Sentyabr 2024

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR