Onlayn ictimai-siyasi qəzet
Ukrayna Silahlı Qüvvələri Belqorod vilayətində sərhədi yarmağa çalışır. Ərazidə qızğın döyüşlər gedir. Musavat.com xəbər verir ki, bu barədə Rusiya hərbi kanalları məlumat yayıb.
Xəbərdə deyilir ki, xüsusilə, Nexoteyevka qəsəbəsi yaxınlığında Ukrayna Silahlı Qüvvələri 200 nəfərlik qüvvə və bir neçə piyada döyüş maşını ilə irəliləyir. Rus qoşunları artilleriya atəşi ilə cavab verir.
Eyni zamanda, 300-ə yaxın ukraynalı əsgər Şebekino keçid məntəqəsinin yaxınlığından sərhədi keçib və orada da aktiv döyüşlər gedir. Rusiya mətbuatı yazır ki, Rusiya tərəfi Ukrayna Silahlı Qüvvələri qrupuna havadan atəş açır.
Bu xəbərləri Belqorod vilayət qubernatoru Vyaçeslav Qladkov da öz “teleqram” kanalında təsdiqləyib. O, deyib ki, “sərhəddə vəziyyət çətin olaraq qalır, lakin nəzarət altındadır”.
Qladkov döyüşlərin hansı sərhəd bölgələri yaxınlığında getdiyini dəqiqləşdirməyib. Rusiya Müdafiə Nazirliyi isə Belqorodda baş verənlərlə bağlı susur.
“Hazırda Rusiyanın nüvə silahından istifadə doktrinası dəqiqləşdirilir”. Bunu adı çəkilən ölkənin xarici işlər naziri Sergey Lavrov deyib. Onun sözlərinə görə, Qərb ölkələri Rusiya ilə münaqişənin eskalasiyasında maraqlıdır və bu siyasətindən əl çəkmək niyyətində deyil.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu politoloq Zaur İbrahimli ilə müharibənin yeni fazasını müzakirə edir.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/tvmusavat
Youtube səhifəsinin ünvanı:
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ