Onlayn ictimai-siyasi qəzet
Ukrayna Müdafiə Qüvvələri Krımın Cankoy rayonunda Rusiyaya məxsus bir S-400 zenit-raket diviziyasını, həmçinin Çernomorskoye və Yevpatoriya yaxınlığında iki S-300 zenit-raket diviziyasını vurub. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Hava Hücumundan Müdafiə Qoşunlarının uğurlu döyüş işi sayəsində Ukraynanın Krımdakı rus işğalçıları xeyli itki verib, - Baş Qərargah qeyd edib.
Tanınmış hərbi ekspert Pyotr Çernik Rusiya Federasiyasının Krım körpüsünü qoruya bilməyəcəyini deyib. Ekspert bildirib ki, Rusiyanın hava hücumundan müdafiə sistemlərinin Krım körpüsünə hücumu dəf edə bilməməsi üçün Ukrayna tərəfi müəyyəm miqdarda raket, PUA və digər silah ehtiyatları toplamalıdır:
“Qarışıq böyük bir raket zərbəsi olmalıdır. Orada ballistika, saatda 5400 kilometr sürətli silahlar, “ATACMS”, “STORM SHADOW”, çoxlu sayda PUA-lar iştirak etməlidir.
Bütün bunların nomenklaturası 100-150 ədədə çatanda, Krım körpüsünü heç nə xilas edə bilməyəcək. Lakin bir məqam var ki, öncə bu qədər silahı toplamaq lazımdır. Ona görə də, hələ ki, lazımi sayda toplanmadığı üçün Krım körpüsünü vurmurlar”.
Xatırladaq ki, bundan öncə Almaniyanın “Bild” nəşri Ukraynanın Krım körpüsünü dağıtmağa hazırlaşdığını yazıb.
Ekspertlərin fikrincə, bunu Rusiya Federasiyasının körpüyə alternativ kimi istifadə etdiyi bərə keçidlərinin son vaxtlar Ukrayna tərəfindən vurulması da təsdiqləyir.
Dünəndən başlayaraq, Rusiya qüvvələrinin Ukraynanın Sumı vilayəti ərazisinə soxulduğu barədə məlumatlar yayılmağa başlayıb. Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya Federasiyasının Kursk vilayəti ilə sərhəddə, Rusiyanın Tetkino kəndi yaxınlığında yerləşən Ukraynanın Rıjevka qəsəbəsinin ələ keçirildiyini iddia edib. O, Rıjevkanın atəşə tutulmasının videosunu da yayımlayıb.
Prezident Volodimir Zelenski bildirib ki, Ukrayna Silahlı Qüvvələri Sumı vilayətində “vəziyyətə tam nəzarət edir”: “Rıjevka kəndinə gəlincə, işğalçı orada təbliğat xarakterli əməliyyat keçirməyə cəhd edib. Bu səhərə olan məlumata görə, kənddə Rusiya bayrağı məhv edilib, orada işğalçılar yoxdur”.
Bundan əvvəl Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiya ilə Mübarizə Mərkəzinin (CDD) rəhbəri Andrey Kovalenko bildirib ki, bir gün əvvəl ələ keçirildiyi açıqlanan Sumı vilayətinin sərhədindəki Rıjevka kəndində Çeçenistan rəhbəri Ramzan Kadırov tərəfindən Rusiya Federasiyasının Ukrayna Silahlı Qüvvələrinin “müdafiəsini sınaqdan keçirmək cəhdi” olub. Müstəqil ekspertlər bildirir ki, 2022-ci ildən bu kənd boz zonada yerləşir və Rusiya diversiya qrupları mütəmadi olaraq oraya daxil olurlar.
TVMusavat-ın bu gün saat 15:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlunun qonağı Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevdir.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat
Youtube səhifəsinin ünvanı:
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ