İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu da SON! Xankəndi rejimi təslim olur, rusların ehtiyatı tükənir - CANLI

Ermənistan nəşri “Hraparak” yazır ki, Qarabağdakı sülhməramlıların ərzaq və yanacaqları tükənir. Azərbaycan tərəfi sülhməramlı rəhbərliyini lazım olan hər şeylə təmin etməyi təklif edib, lakin onlar hələ də Laçın sərhəd-keçid məntəqəsinin açılması ilə bağlı Bakı ilə uğursuz danışıqlar aparırlar. Sülhməramlıların təminatı Gümrüdəki 102-ci Rusiya bazası vasitəsilə həyata keçirilib. Bakı vasitəsilə tədarükün istiqamətinin dəyişdirilməsi, Qarabağın digər ərazilərinin Azərbaycana reinteqrasiyası istiqamətində daha bir addım deməkdir.

Son iki il yarım ərzində biz bir neçə dəfə məcbur olub Ermənistan tərəfinə öz gücümüzü göstərmişik, birincisi, onların hərbi təxribatlarına cavab olaraq. İkincisi, onlara bir siqnal göndərmişik ki, özlərini yaxşı aparmasalar, öz imzalarına hörmət etməsələr nəticə onlar üçün acınacaqlı olacaq.
Musavat.com xəbər verir ki, bunu iyunun 23-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı deyib.

“Ona görə hələ də özümüzü təmkinlə aparırıq. Biz heç vaxt tələskənliyə yol verməmişik, buna ehtiyac yoxdur. Bu gün güc də bizim tərəfimizdədir, zaman da bizim mövqeyimizi gücləndirir, beynəlxalq hüquq da. Dünya ictimaiyyəti artıq birmənalı şəkildə Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Biz gözləyə bilərik. Yenə də deyirəm, biz tələsmirik”, - deyə dövlət başçısı bildirib.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı Ermənistanla sülh müqaviləsinin imzalanması üçün Azərbaycanın şərtlərini bir daha xatırladıb. Ermənistanın keçən ilin oktyabr ayında Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıdığını, ötən ay isə hətta ölkəmizin ərazisinin parametrlərinin qeyd olunduğunu bildirən dövlətimizin başçısı həmin bu ifadələrin kağız üzərində də olmasının və Ermənistan buna imza atmasının zəruriliyini diqqətə çatdırıb. Deyib ki, belə olan halda Cənubi Qafqazda uzunmüddətli sülh yarana bilər.

Prezident İlham Əliyev sülh üçün digər mühüm şərtlərin Zəngəzur dəhlizinin açılmasının və Ermənistan ordusunun silahlı birləşmələrinin Qarabağ bölgəsindən çıxarılmasının olduğunu vurğulayıb. “Ermənistanda “Şərəfim var” fraksiyasının rəhbəri Hayk Mamicanyan xalqı Baş nazir Nikol Paşinyanı devirməyə çağırıb. O, müxalifətin küçə döyüşlərinə hazırlaşdığını bildirib”.

Mamicanyan təfərrüatları açıqlamayıb, sadəcə, vaxtın daraldığını və xalqın birləşərək Paşinyanı devirə biləcəyinə əminliyini ifadə edib: “Paşinyanın Azərbaycanla ehtimal edilən sülh müqaviləsi, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin açılamasına dair səsləndirdiyi loyal bəyanatlar ölkə daxilində mövcud iqtidar əleyhinə narazılığı artırmaqdadır.

Mamicanyanın bəyanatı Paşinyanın parlamentin 44 günlük müharibənin araşdırılması üzrə komissiyasının iclasında çıxışından sonraya təsadüf etdi. Fikrimcə, bu, heç də təsadüf deyil. Belə ki, baş nazirin xüsusilə Şuşanın Azərbaycana aid olması ilə bağlı səsləndirdiyi fikirlər, həmçinin onun keçmiş hakimiyyəti tənqid etməsi daxildəki müxalifləri qıcıqlandırmaya bilməzdi.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevlə söhbətləşirik.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/channel/UCtvU8QAYnxFG

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR