Onlayn ictimai-siyasi qəzet
Astroloqlar bu ay maddi cəhətdən problem yaşayacaq və pula çox ehtuyacı olacaq, ziyana düşəcək bürclərin siyahısını açıqlayıb.
Musavat.com baku.ws-ə istinadən bildirir ki, Buğa, Oxatan və Dolça bürcü işarəsi altında doğulan şəxslər kasıbçılıqdan əziyyət çəkəcəklər.
Buğa bürcündən olan insanlar bu ay ərzində çox xərcə düşəcəklər. Kasıbçılıqla mübarizədə o qədər də bəxtləri gətirməyəcək. Əllərində olan pulları lazımsız yerə xərcləyəcəklər. Bir çoxu ziyana düşəcək.
Oxatanlar da bu ay pulsuzluqdan əziyyət çəkəcəklər. Ən Oxatan bürcündən olan qadınlar bədxərclik edəcəklər. Bu bürcdən olan insanlar işlərində də müəyyən çətinliklərlə üzləşəcəklər. Qazandıqları xərclərinə çatmayacaq.
Dolça bürcündən olan şəxslər də bu ay bir çox çətinliklərlə üzləşəcəklər. Qazancları özlərinə yetməyəcək. Bu bürcdən olan insanların bəziləri əllərində olan pullarını sağlamlıqlarına xərcləyəcək. Karyerə qurmaq baxımından uğurlu vaxt deyil.
Dolçalar bu ayda borca düşəcəklər. Çalışıb çox pul xərcləməkdən çəkinsələr yaxşı olar. İsrafçılıq onların tamam müflüs olmalarına səbəb ola bilər.
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ