İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu bölgənin qaz problemi həll olunur

Moldova hökuməti qaz kəmərində təzyiqi saxlamaq üçün Dnestryanıya 3 milyon kubmetr qazı kredit kimi verəcək.

Musavat.com xəbər verir ki, bunu Moldovanın baş naziri Dorin Reçan açıqlayıb.

O, Dnsetryanı əhalisinə müraciət edib:

"Mən Dnestrin sol sahilindən olan həmvətənlərimizə müraciət etmək istərdim. Sağ sahil bu gün sizə yardım edəcək - sistemdə təzyiqi saxlamaq üçün 3 milyon kubmetr qaz".

Bundan əlavə, o, Moldova hakimiyyətinin Avropa İttifaqı ilə Moldova Dövlət Rayon Elektrik Stansiyasında elektrik enerjisi istehsal etmək üçün istifadə ediləcək təbii qazın alınmasına 30 milyon avro ayırmağa razılaşdığını bildirib:

"Paralel olaraq, Moldova hökuməti və Aİ bütün ölkənin enerji dayanıqlığını gücləndirmək üçün iki illik yardım paketi üzərində işləyirlər. Əslində, Aİ bir daha Moldovanın köməyinə gəlir. Bunlar sadəcə söz deyil. AB real yardım göstərir: istilik, işıq, bizim hamımız üçün təhlükəsizlik. Qazın tədarükü bərpa oluna bilər və bugünkü qərar açıq şəkildə göstərir ki, bizim tərəfimizdən yaradılmayan problemləri birgə səylərlə həll etmək ola".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Yanvar 2025

28 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR