İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu bankdan Rusiyaya ZƏRBƏ

İsveçrənin “Credit Suisse” bankı Ukrayna savaşı başlayandan bu yana Rusiyanın 17,5 milyard İsveçrə frankından (təxminən 19 milyard dollar) çox aktivini dondurub.

Musavat.com xəbər verir ki, bu barədə “Tages-Anzeiger” qəzeti məlumat yayıb.

Hesabata əsasən, Rusiyanın İsveçrədəki aktivləri təxminən 46 milyard frank olaraq qiymətləndirilir. Beləliklə, bütün aktivlərin üçdə birindən çoxu “Credit Suisse” hesablarında dondurulub. Eyni zamanda, onların yalnız kiçik bir hissəsi - təxminən 4 milyardı Avropa İttifaqının sanksiya siyahılarında olan şəxslərə məxsusdur. İsveçrə də Aİ-yə daxil olmayan bir sıra digər ölkələr kimi Rusiyaya qarşı tətbiq edilən sanksiyalara qoşulub.

Qalan 13,6 milyard frankın bir hissəsi qəzetə görə, ABŞ-ın sanksiya siyahısına daxil edilmiş şəxslərə məxsusdur. Nəşrin məlumatına əsasən, onların arasında “Credit Suisse”də hesabı olan, lakin Aİ-nin sanksiyalar siyahısında olmasa da, pulunu çıxara bilməyən milyarder Viktor Vekselberq də var.

Bu pulun digər hissəsi Rusiya Mərkəzi Bankına və ya birbaşa Rusiya Federasiyasına məxus ola bilər. Qəzet qeyd edir ki, başqa bir İsveçrə bankı “UBS” Rusiyanın təxminən 7,5 milyard aktivini dondurub.

Məlumatlar “Credit Suisse” tərəfindən yaşanan problemlər barədə hesabatlar əsasında gəlir. Ötən il şirkət öz tarixində ən böyük itki ilə üzləşib. Qəzet bunun müharibə başlayandan sonra Rusiya kapitalının qaçması ilə bağlı da olduğunu bildirir.

Sanksiya tətbiq edən ölkələrdə indi Rusiyanın nə qədər aktivinin dondurulduğu barədə dəqiq məlumat yoxdur. Ötən ilin sonunda Avropa Komissiyası bu məbləği 60 milyard avrodan çox dəyərləndirmişdi. Nəzəri olaraq, Rusiya Mərkəzi Bankının təxminən 300 milyard avro vəsaiti Qərb ölkələrində dondurulmalıdır, lakin hazırda Aİ hökumətləri bu məbləğin yalnız bir hissəsini aşkar etdiklərini bildirirlər. İstənilən halda, 17,5 milyard frank hətta Rusiya aktivlərinə məhdudiyyətlərə məruz qalan bütün potensiallar fonunda da əhəmiyyətli məbləğdir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR